Xəzər Xəbər

Bu il dünyada qızılca xəstəliyinə tutulanların sayı 440 mini ötüb

Cəmiyyət | 09:21 • 28 Noyabr 2019
Bu il dünyada qızılca xəstəliyinə tutulanların sayı 440 mini ötüb

2019-cu ilin əvvəlindən dünyada 440 mindən çox insan qızılca xəstəliyinə tutulub.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə açıqladığı hesabatında bildirilib.


Qeyd edilib ki, bu xəstəliyin yayılması daha çox Konqo Demokratik Respublikasında qeydə alınıb.


"Dünyanın bir çox ölkəsində qızılca xəstəliyi baş verib. 5 Noyabr 2019 tarixinə olan məlumata görə, ÜST üzvü olan 187 ölkədə 440 263 təsdiqlənmiş xəstəlik qeydə alınıb” - hesabatda deyilib.


Qeyd edək ki, qızılca son dərəcə yoluxucu bir virus xəstəliyidir. Hava damcıları ilə ötürülür. Başlanğıc mərhələdə əsas simptomlar qripə bənzəyir. Temperatur, öskürək, asqırma, baş ağrısı ilə müşahidə olunur. Sonra dəridə xarakterik bir səpmələr görünür.


Xəstəlik otit mediası, sətəlcəm, bronxit, ensefalit şəklində ağırlaşmalara gətirib çıxara bilər ki, bu da son dərəcə təhlükəlidir. İnfeksiya immunitet sistemini zəiflədir və bəzi hallarda xəstənin ölümünə səbəb olur.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti