Xəzər Xəbər

Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb

Cəmiyyət | 09:27 • 27 Noyabr 2019
Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb.


1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində isə 1003-ə enib.


Ümumilikdə ölkədə kişilərə düşən qadınların sayının azalmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərq müşahidə edilir.


Belə ki, son iki ildə ölkədə 29 yaşadək kişilərə düşən qadınların sayı az olsa da, sonrakı yaş qruplarında qadınların sayı kişiləri üstələyib.


Son 2 ildə Azərbaycanda 29 yaşadək hər 1000 nəfər kişiyə 1000-dən az qadın düşüb. Başqa sözlə desək, son iki ildə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşməyib.


Lakin 30 yaşdan sonra bu məsələ ilə bağlı vəziyyət dəyişib və hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olub.


Ölkədə hər 1000 kişiyə düşən qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı kişilər arasında qeydə alınır. Bu yaşda olan hər 1000 kişiyə 1462 qadın (2019-cu ilin əvvəlinə olan məlumata əsasən) düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir. (Trend)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti