Xəzər Xəbər

İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan - AÇIQLAMA

Cəmiyyət | 10:07 • 25 Noyabr 2019
İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan -

Azərbaycanda iqlim dəyişməsi nəticəsində temperaturun artması ən çox Böyük və Kiçik Qafqazda yerləşən meşə massivlərinə təsir edəcək.

Bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bu massivlərin aşağı sərhədi 550-950 m-ə qalxa, Talışda isə 100-2000 m-ə enə bilər.

İqlimin istiləşməsinin kənd təsərrüfatına olan təsirindən danışan R.Məmmədov qeyd edib ki, nəticədə Alp zonalarından başqa, bütün torpaq tiplərində məhsuldarlığın azalması müşahidə ediləcək: "Torpaqdaxili kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xassəsi pisləşəcək. Bitki örtüyü azalacaq, Kür-Araz ovalığında şoranlaşmış ərazilərin sahəsi 10-15% artacaq. Kür-Araz ovalığında quraqlıq günlərinin sayı 50-60 və daha çox olacaq. Vegetasiya dövrünün artması qış taxılı və üzümçülüyün arealını daha yüksək en dairəsinə qaldırmağa imkan verəcək. Suvarılan torpaqlarda suvarma suyuna ehtiyac çoxalacaq".

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
366 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti