Xəzər Xəbər

İtən metro kartlarınızı bu yolla bərpa edə bilərsiniz – Tövsiyə

Cəmiyyət | 12:45 • 23 Noyabr 2019
İtən metro kartlarınızı

Son vaxtlar "Bakı kart”ların itməsi ilə bağlı şikayətlər çoxalıb. Əgər kart itərsə və ya ələ keçirilərsə, nə etmək lazımdır?

"Bakı Kart”dan Teleqraf.com-a verilən məlumata görə kartın sahibi yükləmə qəbzi ilə birlikdə müəssisəyə müraciət etməlidir: "Yükləmə qəbzinin və şəxsiyyət vəsiqəsinin sürətini təqdim edib, ərizə yazmalıdır. Bu zaman kartın üzərində olan seriya nömrəsi qeyd olunur və kart bloklaşdırılır”.

Qeyd edək ki, kart bloklaşdırıldıqdan sonra məbləğ yeni karta köçürülür.

Xəbər lenti