Xəzər Xəbər

Nazirlər Kabineti “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiqləyib

Cəmiyyət | 11:32 • 21 Noyabr 2019
Nazirlər Kabineti “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiqləyib

Nazirlər Kabineti "Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiqləyib.


Bu Qayda "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan tələbələrə "Fərman Salmanov adına təqaüd”ün verilməsi qaydasını müəyyən edir.


Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.


Təqaüd 2 nəfər tələbə üçün hər birinə "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir. Adlı təqaüdun məbləği 170 manatdır. Təqaüd bir tədris ili müddətinə təyin edilir. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.


ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.


Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:


- ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;


- son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;


- ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.


Müsabiqə ADNSU-nun rektorunun əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən keçirilir.. Ekspert komissiyasının fəaliyyətinin təmin edilməsi və bu Qaydaya uyğun cari məsələlərin həlli ADNSU-nun fakültə dekanlıqları və tədris işləri üzrə rəhbərliyi tərəfindən həyata keçirilir.


Sənədlərin təqdim edilməsi müddəti:


- dekanlığa 20 sentyabradək;


- ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə 23 sentyabradək;


- ekspert komissiyasına 30 sentyabradək.


Ekspert komissiyası təqaüdə namizədlərin sənədlərinə baxır və müsabiqəninqalibləri barədə qərar qəbul edir. Üç və daha artıq sayda namizədin göstəriciləri eyni olduqda, onların təhsil aldıqları ixtisasın tədris planında ixtisas-peşə hazırlığı fənləri blokuna daxil olan fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəriciləri daha yüksək olan namizədlər müsabiqənin qalibləri elan olunurlar. Təqaüd tədris ili ərzində ayda bir dəfə "Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq ödənilir.


Təqaüdün ödənişi aşağıdakı hallarda dayandırılır:


- tələbə təqaüddən imtina etdikdə;


- təqaüdün verildiyi müddətdə tələbənin akademik borcu yarandıqda və (və ya) orta müvəffəqiyyət göstəricisi 91-dən aşağı olduqda;


- tələbə digər ali təhsil müəssisəsinə köçürüldükdə;


- tələbə ixtisasını dəyişdikdə;


- tələbə akademik məzuniyyət götürdükdə;


- tələbə ADNSU-dan xaric olunduqda;


- tələbə tərəfindən ADNSU-nun daxili nizam-intizam qaydaları mütəmadi pozulduqda.


Ödənişin dayandırılması ADNSU-nun rektorunun əmri ilə rəsmiləşdirilir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti