Xəzər Xəbər

IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır - FOTO

Cəmiyyət | 09:43 • 20 Noyabr 2019
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır -

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.


AZƏRTAC xəbər verir ki, IDEA-nın "Urban Ecology” ("Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin iqlim şəraitində yaşaya və çoxala bilən tutuquşu növüdür.


"Urban Ecology” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsini, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.


Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.


Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılması, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsidir.


Qeyd edilməlidir ki, keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşıblar. Onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıblar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti