Xəzər Xəbər

Xaricdə təhsil alan doktorantlar viza və qeydiyyat xərclərini özləri ödəyəcəklər

Cəmiyyət | 13:50 • 18 Noyabr 2019
Xaricdə təhsil alan doktorantlar viza və qeydiyyat xərclərini özləri ödəyəcəklər

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan doktorantlar viza rüsumunu və təhsil aldıqları ölkədə qeydiyyat xərclərini özləri ödəyəcəklər.


Xezerxeber.az xəbər verir ki, bunu noyabrın 18-də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair qaydalarla bağlı mətbuat konfransında Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.


O bildirib ki, proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürüləcək. Proqram iştirakçısının aylıq yaşayış xərcləri isə təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən bank hesabına ödəniləcək.


Nicat Məmmədli qeyd edib ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçiriləcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
514 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti