Xəzər Xəbər

Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir

Cəmiyyət | 10:45 • 11 Noyabr 2019
Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir

Xalq arasında pol-pola adı ilə tanınan xovlu evra bitkisindən nəinki ənənəvi, həmçinin qeyri-ənənəvi təbabətdə də istifadə edilir. Onun vətəni Şri-Lanka hesab olunur. Orada bitən pol-pola bitkisinin müalicəvi xüsusiyyətləri digər yerlərdə bitənlərdən çox fərqlənir. Radiasiya səviyyəsinin yüksək olduğu ərazidə yaşayanlar həmin bitkidən istifadə edə bilərlər.


AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, pol-pola orqanizmdə gedən iltihabi proseslərin qarşısını alır, tənəffüs yollarını selik və toksik maddələrdən təmizləyir. Bronxit, traxeit və qrip kimi xəstəliklərin müalicəsində istifadə olunan bu dərman vasitəsinin, eyni zamanda, antibakterial və sidikqovucu təsirləri də var. Pol-poladan ağrıkəsici kimi oynaqların iltihabı zamanı da istifadə etmək olar. Həmçinin dərinin normal rəngini bərpa edir, səpgi və sızanaqların qarşısını alır. Sinir sisteminin funksiyasını normallaşdırır, böyrəklərin pozulmuş fəaliyyətini bərpa edir. Qanın laxtalanma qabiliyyətini azaldaraq damarlarda tromb əmələgəlmə prosesinin qarşısını alır. Bitkinin xoş ətrə malik olması ondan gündəlik çay kimi istifadə etməyə imkan verir. Pol-pola, həmçinin böyrəklərdə daşların da parçalanmasını təmin edir. Onunla aparılan imalə nəinki mədə-bağırsaq traktını, həmçinin sidik-ifrazat sistemini və öd yollarını təmizləyir.


Daha çox diuretik, böyrək və qaraciyər daşlarının parçalanmasında istifadə edilən pol-pola qanda xolesterinin miqdarını aşağı salır, yaddaş və immuniteti gücləndirir. Pol-polanın ətirli çay kimi dəmlənib içilməsi də faydalıdır. Qrip və soyuqdəymə zamanı çox xeyirlidir, tənəffüs yollarını bəlğəmdən təmizləyir, kolit, infeksiya və böyrək xəstəliklərində antibakterial təsir göstərir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti