Xəzər Xəbər

Bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər gələn il birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər

Cəmiyyət | 14:29 • 7 Noyabr 2019
Bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər gələn il birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər
Məlum olduğu kimi, buraxılış imtahanının (əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsinin) nəticəsi 2 il qüvvədə olur. Bu il buraxılış imtahanında (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində) iştirak etmiş abituriyentlər gələn il I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyent öz istəyinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 


Qeyd edək ki, istənilən halda abituriyentlər müəyyən olunacaq vaxtda qeydiyyatdan keçərək elektron ərizələrində imtahanın birinci mərhələsində iştirak edib-etməyəcəklərini qeyd etməlidirlər.

Xəbər lenti