Xəzər Xəbər

Bakıda qadına qarşı quldurluq edən iki qardaşa 16 il cəza verildi

Cəmiyyət | 15:10 • 5 Noyabr 2019
Bakıda qadına qarşı quldurluq edən iki qardaşa 16 il cəza verildi

Bakıda qadını bıçaqla hədələyərək quldurluq etməkdə təqsirləndirilən Nurlan Həsənzadə və Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.


Daha sonra məhkəmə hökmü elan olunub. Təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum ediliblər.


İttihama görə, iki qardaş olan təqsirləndirilən şəxslər bu il aprelin 28-də Binəqədi rayonunda A.Kunanbayev küçəsində qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadını bıçaqla hədələyib, digəri isə arxadan boyunbağını açaraq götürüb.


Təqsirləndirilən şəxslər ilkin ifadəsində bu əməli borclarının olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Trend)


Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti