Xəzər Xəbər

Su hövzələri sintetik torlardan təmizlənir

Cəmiyyət | 15:16 • 3 Noyabr 2019
Su hövzələri sintetik torlardan təmizlənir

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Baş Şirvan kollektorunda reyd keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli bildirib ki, Baş Şirvan kollektorunda keçirdiyimiz reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib, toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilib.

Bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək.

K. Kərimli qeyd edib ki, qadağan olunnuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir. "Amma çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq.

Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir".

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
387 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti