Xəzər Xəbər

Sumqayıtdakı yeni heykəlin mənası nədir?

Cəmiyyət | 15:50 • 2 Noyabr 2019
Sumqayıtdakı yeni heykəlin mənası nədir?

Sumqayıtın Sülh prospektində yerləşən parka qoyulan yeni heykəl şəhər əhalisinin marağına səbəb olub. Müasir və modern üslubda olan heykəlin fotosu sosial şəbəkələrdə paylaşılaraq müxtəlif şərhlər yazılır.

Kult.az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, Sumqayıtın Sülh prospektində modern üslubda olan heykəlin kompazisiyası sülhü, əmin amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir:

"Alova bənzər formada hazırlanmış kompazisiyada mövcud olan 7 göyərçin abidənin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir. Abidəni memar Cahid Həsənov hazırlayıb”.

Xəbər lenti