Xəzər Xəbər

Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin

Cəmiyyət | 12:40 • 1 Noyabr 2019
Çərəzin əzələ sisteminə

Yaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir.

Dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.

Bu vəziyyətin tez-tez təkrarlanması isəmetabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.

Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?

Xoş xəbərimiz var: əlbəttə!

*Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.

* B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.

* Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.

* E vitamini də bu işin öhdəsindən gələ bilər.

* Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.

Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.

30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?

30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.

175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.

Çərəzlərin porsiyaları nə qədər olmalıdır?

Çərəzlərin sağlamlığa faydası sübuta ehtiyacı olmayan faktdır. Tərkibi sağlam yağlar, faydalı proteinlər, minerallar, bol lif və vitamindən ibarətdir. Bununla yanaşı, həm də kalori çəlləyidir. 100 qram çərəz 600 kaloriyə bərabər olur. Bu miqdar bir kişinin gündəlik kalori ehtiyacının dörddə biri, qadınlarda isə üçdə birinə bərabərdir.

Qısası, çərəzi ovuc-ovuc deyil, sayaraq yeməkdə fayda var, yoxsa artıq çəkiyə səbəb olar. Buna görə də gündə 30 qramdan çox çərəz yeməyin.

Gündəlik yeyilə biləcək çərəz miqdarı:

Badam (təzə): 20 ədəd

Fındıq (təzə): 20 ədəd

Yerfıstığı (qovrulmuş): 40 ədəd

Qoz (təzə): 5 ədəd

Çərəzləri qovrulmamış, duzlanmamış və qurumamış formada yeməkdə fayda var. Onları nəmli yerdə saxlamayın. Qaranlıq yerdə saxlanmalarında isə fayda var.

BONUS

Qış yaxınlaşarkən qalın geyimlərə bürünüb kilolarını gizlətmək istəməyənlər üçün tövsiyələrimiz var. Əgər bədəninizi daim "toksin əleyhinə silah” halına gətirmək istəyirsinizsə, mətbəxinizdə bu məhsullardan bol istifadə edin: sarıkök, cəfəri, dərəotu, kərəviz, sarımsaq, avokado, kələm, çuğundur.

Publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti