Xəzər Xəbər

Meteohəssas insanlar üçün XƏBƏR

Cəmiyyət | 20:14 • 28 Oktyabr 2019
Meteohəssas insanlar üçün

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Oktyabrın 28-dən 30-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə fəal şəraiti (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 10 faizdən aşağı qiymətləndirilir.

Xəbər lenti