Xəzər Xəbər

Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı

Cəmiyyət | 13:46 • 27 Oktyabr 2019
Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı

Çindən olan bir qrup tədqiqatçı yaşıl çayın hüceyrə terapiyası üçün istifadə edilə biləcəyini müəyyən edib. Belə ki, bu zaman xüsusi maddə bədənə daxil edilən kök hüceyrələri qrupunu aktivləşdirir.

Bu barədə "MedicalXress”dəyayılan press-relizdə bildirilir.

Mütəxəssislər yaşıl çayın istifadəsi zamanı orqanizm tərəfindən istehsal olunan protokatex turşusunun (PCA) xüsusiyyətlərini öyrəniblər. Alimlər ilk növbədə PCA olan zaman aktivliyini dəyişən insan böyrəklərinin embrion hüceyrələrini əldə ediblər. Bu hüceyrələr daha sonra siçanlara yeridilib. Gəmiricilərə yaşıl çay içirdildikdə isə hüceyrələr aktivləşib.

Digər təcrübələr zamanı tədqiqatçılar CRISPR genlərinin redaktə sisteminin işini yaxşılaşdırmaq üçün protokatex turşusunu istifadə edə biliblər. CRİSPR DNT-nin konkret hissəsinə nisbətən dəqiq dəyişikliklər edə bilir. Lakin bununla yanaşı, digər sahələrin nükleotid zəncirində zərərli dəyişikliklər baş verir.

Bundan əlavə, siçanlar və meymunlar üzərində aparılan tədqiqatlar göstərdi ki, yaşıl çay diabetin müalicəsi üçün mədəaltı vəziyə implantasiya edilən hüceyrələri aktivləşdirir.

Hüceyrələrin fəaliyyətinə uzaqdan nəzarət mexanizmi kimi yaşıl çaydan istifadə edilən zaman iltihab reaksiyası və ya qanda leykositlərin miqdarının artması kimi hər hansı yan təsirlər müşahidə edilməmişdi.

Qeyd edək ki, hüceyrə terapiyası irsi xəstəliklər və xərçəng, eləcə də ağır ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərinə qarşı mübarizədə istifadə olunur.

Xəbər lenti