Xəzər Xəbər

Gəncə və 5 rayonun qazı kəsiləcək

Cəmiyyət | 11:10 • 25 Oktyabr 2019
Gəncə və 5 rayonun qazı kəsiləcək

Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.

Bu barədə XəzərXəbər-ə "Azəriqaz" İstehsalat Birliyinə xəbər verir.

Bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Xəbər lenti