Xəzər Xəbər

Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm doğulub

Cəmiyyət | 14:16 • 21 Oktyabr 2019
Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm doğulub

Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm doğulub.


Əkizlərin 7038-i qız, 7236-sı oğlan olub. Əkiz qızların 3861-i şəhər, 3177-i kənd yerlərində, əkiz oğlanların 4009-u şəhər, 3227-si kənd yerlərinin payına düşüb.


Son 5 ildə ölkədə əkiz uşaqların ən çox doğulduğu il 2014-cü il olub. Həmin ildə 3148 əkiz uşaq dünyaya göz açıb. Sonrakı 4 ildə isə əkizlərin sayı getdikcə azalıb. 2015-ci ildə Azərbaycanda 3054, 2016-cı ildə 2734, 2017-ci ildə 2586, 2018-ci ildə 2752 əkiz uşaq doğulub. Əkizlərin çoxu şəhər yerlərində dünyaya gəlib.


2014-cü ildə doğulan əkizlərin 1698-i, 2015-ci ildə 1660-ı, 2016-cı ildə 1508-i, 2017-ci ildə 1442-si, 2018-ci ildə 1562-si şəhər yerlərinin payına düşüb


Üçəmlərə gəldikdə, son 5 ildə Azərbaycanda doğulan üçəmlərin sayının ən çox olduğu il 2018-ci il olub.


2014-cü ildə ölkədə 60, 2015-ci ildə 84, 2016-cı ildə 69, 2017-ci ildə 57, 2018-ci ildə 117 uçəm körpə dünyaya göz açıb.


Ümumilikdə, üçəmlərin çoxu şəhər yerlərində doğulsa da, ötən il kənd yerlərində dünyaya göz açan üçəmlərin sayı daha çox olub.


2014-cü ildə doğulan üçəmlərin 36-sı, 2015-ci ildə 60-ı, 2016-cı ildə 139-u, 2017-ci ildə 30-u, 2018-ci ildə 54-ü şəhər yerlərinin payına düşüb.


Ümimilikdə son 5 ildə doğulan üçəmlərin 192-si qız, 195-i oğlan olub. Üçəm qızların 117-si şəhər, 75-i kənddə, üçəm oğlanların 102-si şəhər, 93-ü kənddə yaşayan ailələrin övladları olub. (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti