Xəzər Xəbər

Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində toksik metallar mövcuddur

Cəmiyyət | 21:44 • 19 Oktyabr 2019
Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində toksik metallar mövcuddur

Bu həftə dərc olunan yeni tədqiqatın nəticələrinə görə, uşaq qidaları məhsullarının təqribən 95 faizinin tərkibində ağır metalların, o cümlədən arsen, qurğuşun, kadmium və civə qalıqlarının izləri mövcuddur.


İnkişaflarının ilk 1000 günündə uşaqlar üçün toksik kimyəvi maddələrin təsirinin azaldılması üzrə proqramlar hazırlayan və icra edən "Healthy Babies Bright Futures” qeyri-kommersiya təşkilatları alyansının sifarişi ilə aparılan tədqiqatın müəllifləri ABŞ-ın ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsini tədqiqatın nəticəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırıb.


Hesabatda deyilir ki, testdən keçirilən uşaq qidalarının olduğu konteynerlərin 94 faizində qurğuşun, 75 faizində kadmium, 73 faizində arsen və 32 faizində civə aşkarlanıb. Tədqiqat göstərib ki, testdən keçirilmiş məhsulların 26 faizinin tərkibində 4 metal, 40 faizində isə azı 3 metal olub.


İctimai Səhiyyə Qlobal Proqramının və çirkləndirilmənin qarşısının alınması üzrə Boston kollecindəki qlobal rəsədxananın pediatrı və direktoru, doktor Filip Landriqan bildirib ki, arsen, qurğuşun və digər ağır metallar uşaqların inkişafının xüsusən erkən mərhələlərində əsəb sisteminin zədələnməsinin əsas səbəblərindən biridir.


Tədqiqatda deyilir ki, islahat tərəfdarları 2011-ci ildən başlayaraq müntəzəm şəkildə uşaq qidalarını testdən keçirir. Ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsi və digər təşkilatlar isə 2017-ci ildə uşaq qidası üzrə şura yaradıblar. Bu, belə məhsulların tərkibində toksik ağır metalların azaldılması üzrə səmərəli qərarların qəbul edilməsinə kömək göstərməkdən ötrüdür. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti