Xəzər Xəbər

Şəkidə 16 yaşlı hamilə qızın ailəli olduğu müəyyən edilib

Cəmiyyət | 11:13 • 18 Oktyabr 2019
Şəkidə 16 yaşlı hamilə qızın ailəli olduğu müəyyən edilib

Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib.


Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Xatırladaq ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.


Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib. (Trend)

Xəbər lenti