Xəzər Xəbər

Əl və ayağın soyuq olmasının QORXUNC FƏSADLARI: temperaturun aşağı düşməsi....

Cəmiyyət | 14:14 • 16 Oktyabr 2019
Əl və ayağın soyuq olmasının QORXUNC FƏSADLARI:

Payız və qış aylarında temperatur düşəndə bədənimizdə bir çox dəyişikliklər baş verir.

Tədqiqatlar miokard infarktı, yəni koronar damarın tıxanma hallarının qışda daha yüksək olduğunu göstərib. Çünki payız və qış aylarında temperatur azalması fizika qanunlarına görə damarların daralmasına səbəb olur. Ürəyin işləməsi çətinləşir. Qan laxtaları dar damarları asanlıqla tıxayır.

Yadda saxlayın ki, ürək sağlamlığı üçün əl və ayaqların isti olması lazımdır. Odur ki, ayaqları isti saxlayın, qalın və isti saxlayan corablarla geyin, şaxtalar başlayanda əlcəklərə laqeyd qalmayın.

Yeri gəlmişkən, ürək xəstələri üçün soyuqda siqaret çəkmək xüsusilə ölümcül olur. Çünki siqaret qan damarlarının spazmına səbəb olur, şaxtalı hava səbəbilə damarlar daha da daralırlar.

Soyuq hava ağciyər və bronxlara da təsirsiz ötüşmür. Bronx spazmını təhrik edir və bu, bütün astmatiklər üçün böyük bir problemə çevrilir. Siqaret çəkənlərdə də oxşar problemlər var.

Nə etməli? Küçədə şərf və ya tibbi maska ilə gəzin, bu yolla hava artıq bir qədər isidilmiş formada ağciyərlərə daxil olur. Ən yaxşısı isti çay və ya bulyonlardır. Bir çox insan damarların genişlənilməsinin hesabına istilik hissi verdiyi üçün alkoqol qəbul etməyə üstünlük verir. Ancaq bu istilik tez bir zamanda yox olur və insan daha da donmağa başlayır.

İsti çay bədəni daha yaxşı isidir, lakin istiliyin hətta topuqlara qədər çatmasını və daha uzun müddət qalmasını istəyirsinizsə, isti yağlı bir bulyondan daha yaxşı versiya yoxdur. Yalnız isti deyil, həm də yüksək kalorili bir məhsul olduğu üçün insana əlavə enerji verilir. Beləliklə, isti bulyon bədəni qızdırmaq üçün kifayət edəcək./publika.az

Xəbər lenti