Xəzər Xəbər

Yasamalda ağacın qırılması müəmmalıdır - RƏSMİ

Cəmiyyət | 11:46 • 16 Oktyabr 2019
Yasamalda ağacın qırılması müəmmalıdır -

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov Yasamal rayonunda metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında ağacın budağının hansı səbəbdən sınmqası məsələsinə münasibət bildirib.


Oxu.Az-a danışan şöbə rəisinin sözlərinə görə, Yasamal rayonunda budağı qırılan ağac normal və sağlam inkişafda olub:


"Ümumiyyətlə, biz ağacların hamısını kəsə bilmərik. İki il olar ki, həmin ağac budanmışdı. Bizə də müəmmalı qalır ki, həmin budaq niyə qırılıb”.


Qeyd edək ki, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında ağacın iri budağı qırılaraq dayanacaqda olan üç nəfərin üzərinə düşüb. Bu zaman 1952-ci il təvəllüdlü Məmmədova Sərfinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər xəsarət alıb.

Xəbər lenti