Xəzər Xəbər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Avtomobilə etibarnamə verilməsində yenilik

Cəmiyyət | 16:45 • 12 Oktyabr 2019
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ:

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib. İdarə rəisi deyib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

"Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz. Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq" -deyə Ağakərim Səmədzadə bildirib.

Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək: «Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik» – deyə dövlət rəsmisi bildirib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
539 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti