Xəzər Xəbər

"Qeysəriyyə əməliyyatının mənfi fəsadları aylar sonra üzə çıxır" Türkiyəli ginekoloq

Cəmiyyət | 13:47 • 12 Oktyabr 2019
"Qeysəriyyə əməliyyatının mənfi fəsadları aylar sonra üzə çıxır"

Hamıya məlumdur ki, hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir. Son zamanlar ölkəmizdə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadınların sayı artıb.


XəzərXəbər medicina.az-a istinadən bildirir ki, Türkiyənin qadın xəstəlikləri uzmanı ginekoloq A.Karateke bu əməliyyatın böyük riskləri barədə xəbərdarlıq edib.


Onun sözlərinə görə, hamiləlik dövrünün həm ana, həm də körpə üçün sağlam bitməsi vacibdir.


Hamiləlik dövründə qanaxmanın ciddi bir sağlamlıq problemi olduğuna diqqət çəkən Karateke, qadınların qanaxmasının əsas səbəbini plasentanın(cift) ön tərəfdə yerləşməsi və ananın bətninə yapışması ilə əlaqələndirib. Həkim bildirib ki, plasentanın ön tərəfdə yerləşməsi və bətnə yapışıq formada olması ciddi təhlükədir və ölümə səbəb ola bilir. Keysəriyyə əməliyyatı qadının sonrakı hamiləliklərini də riskə atır. Ümumilikdə dünyada statistikasına nəzər saldıqda, doğum sonrası ya da hamiləlik əsnasında qanaxmadan ölənlərin əksəriyyəti yuxarıda qeyd edilən səbəblə əlaqədardır.


Professor bu problemin həllində həkimlərin aldığı təhsil və təlimlərin də önəmli olmasına toxunub. Həmçinin vaxtından əvvəl doğuşlarınçox səbəbinin olduğunu qeyd edən həkim bildirib ki, tək məqsədləri bu cür körpələrin sağlam doğulmasına kömək etmək və xəstəxanalarda dəstəkləyici prosedurlar ilə heç bir problem olmadan yaşamalarını təmin etmək olduğunu bildirib. Qeyd edək ki, süni doğuş uğurlu həyata keçsə belə müəyyən mənfi nəticələri də ola bilər. Bunlara infeksiya, güclü qanaxma, qonşu orqanların travması və s. aiddir. Nəticələr dərhal özünü göstərməsə də, bir müddət sonra özünü biruzə verir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti