Xəzər Xəbər

Üç post-sovet ölkəsində dəhşətli xəstəliyin yeni forması yayılır XƏBƏRDARLIQ!

Cəmiyyət | 13:19 • 11 Oktyabr 2019
Üç post-sovet ölkəsində dəhşətli xəstəliyin yeni forması yayılır

Belarus, Rusiya və Qazaxıstanda vərəm xəstəliyinə yoluxanların dörddə birində bu xəstəliyin müalicəsi çətin olan forması aşkarlanıb.

Bu barədə "Euronews” məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu "hiyləgər və məkrli” xəstəlikdən əziyyət çəkən insanların üçdə biri diaqnozları barədə məlumatsız olur, tibbi yardım üçün müraciət etmir, başqalarını da yoluxdurur. Ancaq müalicə olunanların da bir çoxu sağalmır.

Bildirilir ki, hər il dərmana davamlı vərəm formaları 4 milyona yaxın insanı öldürür. Bu xəstəliyin simptomları davamlı öskürək, yorğunluq və çəki itkisidir.

Dərman vasitələri ilə müqavimət artır. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun tədqiqatçıları xəstəliyin "qlobal təhlükəsizlik üçün potensial fəlakətli nəticələrinin olması riski” barədə xəbərdarlıq ediblər:

"Vərəm hava-damcı vasitəsilə ötürülür. Ona istənilən yerdə yoluxa bilərsiniz. Bu və ya digər ölkənin əhalisinin infeksiyaya yoluxmasının qarşısının alınmasının ən yaxşı yolu vərəmin yarandığı yerdə mübarizə aparmaqdır. Belə ki, miqrasiya prosesləri səbəbilə hamı xəstələnə bilər. Ölkələrin hökumətlərinin oyanmasının vaxtı yetişib”.

Xəbər lenti