Xəzər Xəbər

"ASAN Xidmət" xaricdəki azərbaycanlılara xidmət üçün Tədbirlər planı hazırlayıb

Cəmiyyət | 16:57 • 8 Oktyabr 2019
"ASAN Xidmət" xaricdəki azərbaycanlılara xidmət üçün Tədbirlər planı hazırlayıb

Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Həmin ölkələrin 10-da "ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da "ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə "ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.


Ülvi Mehdiyev deyib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların "ASAN xidmət” modelindən yararlanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə saziş var, Tədbirlər planı hazırlanıb: "Hazırda bu istiqamətdə tədbirlər görülür. Ölkə dəqiqləşəndən sonra "ASAN xidmət” dövlət xidmətlərini həmin ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təqdim edəcək. Bu il, ümumilikdə, 5 "ASAN xidmət” mərkəzi açılacaq. İlin sonuna qədər Şamaxı, Tovuz, Kürdəmir, Ağcabədi və Balakəndə "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Quba və Tovuz şəhərlərində "ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailə təsərrüfatlarına dəstək olmaqdan ibarətdir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
511 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti