Xəzər Xəbər

Nazir müavini: "Ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyətə başlayacaq"

Cəmiyyət | 11:50 • 2 Oktyabr 2019
Nazir müavini: "Ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyətə başlayacaq"

"Məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır. Çünki Təhsil Nazirliyinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin nəticələrinə görə ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir".


Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bunu təhlil edərkən ölkə üzrə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələrin ölkə üzrə bərabər paylanmadığı görülür:


"Elə kəndlərimiz var orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcəyinə əminik".


Nazir müavini qeyd edib ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır:


"Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı ölkə əhalisinin, 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir". (APA)

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti