Xəzər Xəbər

Bakı sakini ağaca çıxdı, düşə bilmədi - köməyə xilasedicilər gəldi

Cəmiyyət | 09:46 • 2 Oktyabr 2019
Bakı sakini ağaca çıxdı, düşə bilmədi -

Bakıda maraqlı hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı ağacdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti