Xəzər Xəbər

Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb

Cəmiyyət | 12:30 • 1 Oktyabr 2019
Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb

Son illər ərzində Azərbaycanda xarici film, xüsusilə türk seriallarının qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb. Tarixi adlara olan maraq isə artmayıb.


Trend-in məlumatına görə, Azərbaycanda daha çox maraq göstərilən tarixi adlar Fateh, Babək və Nadirdir.


Son 5 ildə (2014-2018-ci illər) Fateh adı 1262 uşağa verilib. 2014-cü ildə 199, 2015-ci ildə 260, 2016-cı ildə 238, 2017-ci ildə 228, 2018-ci ildə 288 uşaq bu adın daşıyıcısı olub.


Son 5 ildə 261 körpəyə Babək adı qoyulub. 2014-cü ildə 58, 2015-ci ildə 42, 2016-cı ildə 60, 2017-ci ildə 66, 2018-ci ildə 64 uşağa Babək adı qoyulub.


Son 5 ildə 474 uşağa Nadir, 383 uşağa Çingiz, 124 uşağa Alparslan, 5 uşağa Koroğlu, 5 uşağa Qorqud, 15 uşağa Beyrək adı verilib.


Həmin müddətdə Alpər adı 65, Alp adı 12, Atatürk adı 1, Mustafapaşa 1, Xətai adı 20, Çingizxan 18, Nadirxan 2, Nadirşah 1, Teymurxan adı 7 uşağa qoyulub.

Xəbər lenti