Xəzər Xəbər

Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

Cəmiyyət | 14:15 • 27 Sentyabr 2019
Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M. Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini yaymasını və həmin şəkilləri silməsi müqabilində 200 manat pul tələb etməsini bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.


Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti