Xəzər Xəbər

Kipriklərə çəkilən tuş zərərlidir – DİQQƏT!

Cəmiyyət | 15:16 • 24 Sentyabr 2019
Kipriklərə çəkilən tuş zərərlidir

Qadınların hər gün istifadə etmədən çölə çıxmadıqları tuş (kiprik həcmləndirən vasitə) makiyaj vasitələri içərisində ən zərərlilərindəndir.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, Avropa dermatoloqları bildirib ki, tuş gözləri qıcıqlandırır, iltihab yaradır və infeksiya sala bilir. "Göz qapağı ətrafı iltihab və zərərli bakteriyalar isə təbii kipriklərin tökülməsinə səbəb olur".

Britaniya Okilistlər cəmiyyətinin nümayəndəsi isə qeyd edib ki, hər gün tuşdan istifadə göz yaşı pərdəsini zədələyir. Əgər bu pərdə zədələndisə, göz yaşı tez buxarlanıb quruyur, quru göz sindromu yaranır, göz içi müdafiəsiz qalır.

Tuş quruduqda flakona ağız suyu, spirt, su əlavə etmək və köhnə fırça ilə yenidən həmin tuşdan istifadə buynuz qişa və kiprik dibinə ağır infeksiya salır.
Gözün buynuz qişasının bakteriyalarla yoluxmasına gətirib çxıarır, bu infeksiyalar nadir də olsa, gözün korluğuna səbəb olur. Yol getdikdə, avtomobildə kipriklərə tuş çəkmək, fırçanın nazik ucları ilə göz içi örtüyün, büllurun cızılmasına səbəb olur.

Eləcə də digər insanın tuşundan istifadə yolverilməzdir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar