Xəzər Xəbər

Açıqda satılan qozun dəhşətli fəsadları – Sağlamlığımız təhlükədədir

Cəmiyyət | 15:01 • 24 Sentyabr 2019
Açıqda satılan qozun dəhşətli fəsadları

Qoz nə qədər faydalı olsa da, vaxtı keçdikdə və ya düzgün məhsul seçilmədikdə zərərli ola bilər.

Azərbaycan xalqının çox sevdiyi və əsasən şirniyyatlarımızın ayrılmaz əlavəsi olan qoz quru çərəzlərə daxildir. Xüsusən də ən çox bayramlarda alınan qozun açıq halda, küçədə, yol kənarında satılması təhlükəli ola bilər. Qoz ləpəsini alarkən əvvəlcə onun necə və hansı şəraitdə yığıldığı ilə ətraflı şəkildə maraqlandıqdan sonra, zahiri görkəminə, daha sonra isə dadına baxmağı unutmayın. Nə zaman yığıldığı çox vacibdir. Çünkü vaxtı keçmiş qoz ləpəsi orqanizminiz üçün zəhərlənmə verə bilər.

Ən böyük təhlükə AFLOTOKSİN

Bazarlarda satılan qozun ciddi mikrobioloji riskləri var. Vaxtı keçmiş qoz ləpəsi üzərində yaranan kiflər arasında ən təhlükəlisi, Dünya Sağlamlıq Təşkilatı tərəfindən xərçəngə səbəb olan maddələr siyahısında bir nömrəli kanserogen maddə olaraq bilinən Aflotoksin maddəsidir. Aflotoksin maddəsi normal şəraitdə qurudulmamış və qurutma prosesində təhlükəsizliyi təmin edilməyən, açıq halda satılan quru meyvələrin üzərində gözlə görülməyən kiflənmə səbəbilə əmələ gəlmiş, son dərəcə zəhərli və kimyəvi maddədir. İstər çox az halda yeyilən, istərsə də şirniyyatların dadını artırmaq üçün istifadə edilən qoz ləpəsini alarkən yuxarıda yazdığımız qaydalara mütləq riayət edin.(medicina.az)

Xəbər lenti