Xəzər Xəbər

Bu gün payız Azərbaycana daxil olur

Cəmiyyət | 11:57 • 23 Sentyabr 2019
Bu gün payız Azərbaycana daxil olur

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

XəzərXəbər xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Xəbər lenti

Çox oxunanlar