Xəzər Xəbər

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb

Cəmiyyət | 16:43 • 21 Sentyabr 2019
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.


Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanılıb.


Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən "Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin "Nur” Uşaq Evinə yerləşdirilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti