Xəzər Xəbər

İcbari tibbi sığortanın tətbiqindən sonra Mingəçevir xəstəxanısı gün ərzində 2 minədək pasient qəbul edir

Cəmiyyət | 12:37 • 20 Sentyabr 2019
İcbari tibbi sığortanın tətbiqindən sonra Mingəçevir xəstəxanısı gün ərzində 2 minədək pasient qəbul edir

Son 3 ildə icbari tibbi sığorta üzrə pilot layihə Mingəçevir, Ağdaş və Yevlax rayonlarında həyata keçirilir. İcbari tibbi sığortanın tətbiq olunduğu regionlarda pilot layihə çərçivəsində həkimlərin məhsuldarlığı artıb. Təkcə Mingəçevir xəstəxanısı gün ərzində 2 minədək pasient qəbul edir.


Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev sentyabrın 20-də Bakıda keçirilən "Tibb Biznesi sektoru: Mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumda deyib.


Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın üstünlükləri kimi, növbədə gözləmək kimi mənfi cəhətlər də mövcuddur: "Cari ildə bütün gücümüzü IT infrastrukturun qurulmasına yönəltmişik. Xəstəxanada informasiya sisteminin qurulması çox önəmlidir. Hazırda onlar qurulub və sınaq müddətindədirlər”.


"İlin sonunadək səhiyyə müəssisələri publik-hüquqi şəxsə keçiriləcək. Publik-hüquqi şəxsə keçid xəstəxanalara çeviklik imkanı verəcək”, - deyə o qeyd edib.


Agentliyin sədri deyib ki, icbari tibbi sığortanın kiçik və orta sahibkarlığa dəstəyi nəticəsində sahibkarlar bir sıra fürsətlərdən yararlanırlar.

Xəbər lenti