Xəzər Xəbər

Müasir dünyanın yeni bəlası Uşaqların orqanizmində 11 növ plastik maddə tapılıb

Cəmiyyət | 17:44 • 18 Sentyabr 2019
Müasir dünyanın yeni bəlası

Almaniyanın Ətraf Mühitin Mühafizəsi Federal İdarəsinin və Robert Kox İnstitutunun alimlərinin son 3 ildə 3-17 yaş arasında 2500 uşaq arasında apardıqları araşdırma zamanı məlum olub ki, təcübəyə cəlb olunmuş uşaqların 97 faizinin qanında və sidiyində mikroplastika hissəcikləri var. Söhbət 11 növ plastik maddədən gedir.

Alimlər perftoroktan turşusunun (PFOA) uşaqların orqanizmində daha üstünlük təşkil etməsindən narahat olublar. Bu da son zamanlar dəbdə olan teflon qazan və qabların məşişətdə çox istifadə olunmasından irəli gəlir. Uşaqların orqanizmində tapılan plastik maddələrin bir çoxu 2005-ci idə zəhərli hesab edildiyi üçün istehsalı dayandırılıb. Almaniyalı alimlər xüsusən uşaq qidalarında plastik bağlamalardan istifadənin qadağan olunmasını təklif edirlər.

Bizimyol.info

Xəbər lenti