Xəzər Xəbər

Çoxlu ət yemək bu orqanı sıradan çıxardır

Cəmiyyət | 15:35 • 17 Sentyabr 2019
Çoxlu ət yemək bu orqanı sıradan çıxardır

Ət dəmir və əvəzolunmaz amin turşularının ən zəngin mənbəyidir.

Ətin istehlakı insan sağlamlığı üçün vacib olsa da, bu məhsulun həddindən artıq qəbulu orqanizmə xeyirdən çox ziyan vurur, bəzi orqan və sistemlərin fəaliyyətini ciddi şəkildə pozur.

XəzərXəbər Saglamolun.az-a istinadla xəbər verir ki, ABŞ alimləri ətin çoxlu miqdarda istehlakının ziyanlarını araşdırıb.

Amerika kardioloji assosiasiyası (American Heart Association) sübut edir ki, ətin gündəlik istehlakı orqanizmdə trimetilamin N-oksid maddəsinin istehsalını artırır ki, bu da ürək-damar sistemi xəstəliklərinin və vaxtından əvvəl ölümün riskini artırır.

Toyuq və balığın istehlakı zamanı orqanizmdə belə mənfi dəyişikliklər baş vermir.

Bundan əlavə ətlə zəngin olan rasion böyrəklərin fəaliyyətini də pozur.

Mütəxəssislər ətin istehlakını azaltmağı, rasiona daha çox meyvə-tərəvəz, paxlalılar, süd məhsulları, tam dənli bitkiləri daxil etməyi çağırır.

Xəbər lenti