Xəzər Xəbər

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub

Cəmiyyət | 12:26 • 16 Sentyabr 2019
Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 79 861 körpə doğulub.


Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.


Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.


Ümumilikdə, ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Xəbər lenti