Xəzər Xəbər

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Cəmiyyət | 12:17 • 16 Sentyabr 2019
Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191,2 min nəfər olub ki, onlardan 4 939,1 min nəfərini məşğul əhali təşkil edib.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni qadınlar təşkil edib.


İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.

Xəbər lenti