Xəzər Xəbər

Bakı-Sumqayıt istiqamətində daha çox avtobus şütüyəcək

Cəmiyyət | 15:49 • 13 Sentyabr 2019
Bakı-Sumqayıt istiqamətində daha çox avtobus şütüyəcək

Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır. Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib.

Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.

Xəbər lenti