Xəzər Xəbər

Bu yay havalar sərin keçsə də, temperatur normadan yüksək olub

Cəmiyyət | 16:15 • 10 Sentyabr 2019
Bu yay havalar sərin keçsə də, temperatur normadan yüksək olub

Bu il yayda havanın temperaturu çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 1-2 dərəcə yüksək olub. Bunun səbəbi cənub istiqamətli hava kütlələrinin ölkə ərazisinə daha çox daxil olması ilə izah olunur.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, belə hava kütlələri Azərbaycana daha çox Şimali Afrikadan, Ərəbistandan, Mərkəzi Asiyadan və Aralıq dənizi üzərindən daxil olur.

İnstitutun direktor müavini qeyd edib ki, ümumilikdə ötən yaya nisbətən bu il yayda normadan yüksək temperaturların qeydə alındığı günlərin sayı çox olsa da, sərin keçən günlərin də sayı artıq olub:

"Elə günlər oldu ki, hava sərin keçdi, amma ardıcıl isti günlər də qeydə alındı ki, havanın temperaturu normadan yüksək oldu. Bu il ölkəmizə daxil olan hava kütləsinin temperaturu yüksək olub. Buna görə ayrı-ayrı günlərdə temperatur normadan yüksək qeydə alındı”.

M.Həsənov əlavə edib ki, bu il ölkədə sentyabrın birinci ongünlüyü üçün xarakterik olan hava şəraiti müşahidə edilir.

Onun sözlərinə görə, bəzi illərdə sentyabr ayında bu ildəkindən də aşağı temperatur qeydə alınıb.

Alim hazırda havanın sərin keçməsinin səbəbini Atlantik okeanı üzərindəki hava kütlələrinin Qərbi və Şərqi Avropadan keçib Azərbaycana çatması ilə əlaqələndirib:

"Ancaq bu, o qədər də davamlı proses deyil və yayın sonu, payızın əvvəli üçün səciyyəvi bir haldır. Hazırda havanın temperaturu iqlim normasına yaxındır. Yağıntıların miqdarı bəzi ərazilərimizdə bir qədər artıq müşahidə edilir. Bu da keçid fəsli üçün səciyyəvi haldır”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti