Xəzər Xəbər

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi məkanlar açıqlanıb - SİYAHI

Cəmiyyət | 14:28 • 6 Sentyabr 2019
Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi məkanlar açıqlanıb -

Səhiyyə Nazirliyi bu il Aşura günündə Azərbaycanda qan veriləcək məkanları açıqlayıb.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.


Bakı şəhəri üzrə:


- Binəqədi rayonu "İmam Əli məscidi”,

- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı”,

- Nəsimi rayonu "Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı Şəhər poliklinikası,

- Nizami rayonu "Şah Abbas məscidi”, "Sahibəzzaman” məscidi

- Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”, "İmam Rza” məscidi

- Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı” və "İçəri şəhər Cümə məscidi”,

- Suraxanı rayonu "Qaracuxur məscidi”,

- Yasamal rayonu "Təzə pir məscidi”, "Hacı Soltanəli məscidi” və "Hacı Cavad” məscidi,


Regionlarda aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:


- Gəncə şəhəri "İmamzadə kompleksi”,

- Lənkəran şəhəri "Böyük bazar məscidi”,

- Mingəçevir şəhəri "Heydər məscidi”,

- Sumqayıt şəhər "Cümə məscidi”,

- Şəki şəhəri "İmam Əli məscidi”,

- Mərkəzi Qan bankının Şırvan bölməsi, Şirvan şəhər məscidi

- Ağcabədi Mərkəzi rayon xəstəxanası,

- Beyləqan Mərkəzi rayon xəstəxanası,

- Bərdə rayonu "Bərdə İmamzadəsi”,

- Biləsuvar rayonu "Cümə məscidi” (mərasim zalı),

- Cəlilabad Mərkəzi rayon xəstəxanası,

- Xaçmaz şəhər məscidi,

- Ağsu rayon mərkəzi xəstəxanası,

- Qan bankının Quba bölgəsi,

- Masallı şəhər Cümə məscidi.


- Göyçay "Əbülfəzlil Abbas məscidi”


- Salyan "Hacı Tağı” məscidi


Qeyd edək ki, bu il Aşura günü sentyabrın 10-a təsadüf edir.

Xəbər lenti