Xəzər Xəbər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıda bu yol 5 saat bağlı olacaq

Cəmiyyət | 17:51 • 4 Sentyabr 2019
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, sözüdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Xəbər lenti