Xəzər Xəbər

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Cəmiyyət | 11:53 • 4 Sentyabr 2019
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.


Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabr ayının 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Xəbər lenti