Xəzər Xəbər

Əhaliyə şad xəbər Nar bol, üzüm ucuz olacaq

Cəmiyyət | 16:35 • 3 Sentyabr 2019
Əhaliyə şad xəbər

Bu il Azərbaycanda nar və üzüm bolluğu olacaq.

Bu barədə Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli məlumat verib.

Onun sözlərinə görə, 2019-cu il nar və üzümün yetişməsiüçün çox əlverişli olub.

Ekspert bu il nar və üzüm bağlarında kifayət qədər bolluq olduğunu deyib və bunun səbəblərindən danışıb:

"Birincisi, çoxillik əkmələr üçün iqlim şəraiti çox əlverişli oldu. İkincisi isə ziyanvericilərlə effektiv mübarizə aparıldı. Bu il fermerlər kifayət qədər aktiv iş aparıblar".

N.Nəsirlinin dediyinə görə, üzüm bazara əlverişli qiymətlərlə girib.

"Biz deyə bilmərik ki, üzüm bahadır. Hələ nəzərə alaq ki, üzüm yığımı indi başlayır. Hesab edirəm ki, bu il üzüm kifayət qədər ucuz olacaq", - deyə əlavə edib.

Narın qiymətinə gəlincə, N.Nəsirli bildirib ki, bu məhsul da ucuz olacaq.

Xəbər lenti