Xəzər Xəbər

Növbəti 3 gündə hava necə olacaq? Açıqlama

Cəmiyyət | 15:45 • 3 Sentyabr 2019
Növbəti 3 gündə hava necə olacaq?

Qarşıdakı 2-3 gün ərzində ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın 3 gün ərzində yağış yağacaq və şimşək çaxacaq, lakin havanın temperaturunda elə də mühüm dəyişiklik olmayacaq:

"Son günlər ölkədə qeyri-sabit hava şəraiti müşahidə edilir. Bu cür havanın qarşıdakı 3 gün ərzində davam edəcəyi ehtimal edilir. Paytaxtda və bölgələrdə şimşək çaxacağı və arabir yağış yağacağı gözlənilir. Hətta bəzi yerlərdə yağışın leysan xarakterli olma ehtimalı var”.

Xəbər lenti