Xəzər Xəbər

Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı genişləndirir

Cəmiyyət | 09:46 • 3 Sentyabr 2019
Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.


Ukraynanın Y.Mudrıy adına Milli Hüquq Universitetindən AZƏRTAC-a bildirilib ki, universitetin prorektoru Yuriy Barabaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Təhsil Nazirliyi və ADA Universitetində görüşlər keçirib.


İlk öncə Ukrayna nümayəndə heyəti Təhsil Nazirliyində Aparat rəhbərinin müavini Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, kadr hazırlığı və digər məsələlər müzakirə olunub. Görüşdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, nazirin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Həsən Həsənli və Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova da iştirak ediblər.


ADA Universitetində keçirilən görüşdə iştirak edən rektor Hafiz Paşayev bildirib ki, Azərbaycan və Ukraynanın nüfuzlu ali təhsil ocaqları arasında əməkdaşlıq daha da güclənməlidir. Y.Mudrıy adına Milli Hüquq Universitetinin prorektoru Y.Barabaş öz növbəsində ADA Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.


Müzakirələrdən sonra hər iki təhsil ocaqları arasında əməkdaşlığa dair saziş imzalanıb.


Görüşlərdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də iştirak edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
390 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti