Xəzər Xəbər

Ötən ay 312 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəmiyyət | 13:24 • 1 Sentyabr 2019
Ötən ay 312 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi ötən ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.


ANAMA-dan bildirilib ki, avqust ayı ərzində agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılmış, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilib.


Əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.


İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənmiş, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.


Avqust ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 11 (on bir), Dövlət Sərhəd Xidmətindən - 4 (dörd) müraciət daxil olub.


Müraciətlər əsasında Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Bərdə, Qazax, Tərtər rayonları və Lənkəran şəhəri ərazisində 5 900 kv.m ərazi yoxlanılıb, 132 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 135 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xəbər lenti