Xəzər Xəbər

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Avqustun 31-i və sentyabrın 1-də...

Cəmiyyət | 10:45 • 31 Avqust 2019
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 31 və sentyabrın 1-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən XəzərXəbər-ə verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 1-də gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-23°, dağlıq rayonlarda 15-18° isti olacaq.

Lənkəran-Astara bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın 1-i günün ikinci yarısınadək davam edəcək. Yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-26°, dağlıq rayonlarda 16-20° isti olacağı ehtimal edilir.

Qazax-Gəncə zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i və sentyabrın 1-də gündüz saatlarında yağışda fasilə olacaq. Arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i axşam, sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-də günün ikinci yarısında və sentyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28° isti olacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Avqustun 31-i günün ikinci yarısında və sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-26° isti olacağı ehtimal edilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti