Xəzər Xəbər

11 illik bazadan kolleclərə qəbul olanların qeydiyyatı başa çatıb

Cəmiyyət | 17:14 • 29 Avqust 2019
11 illik bazadan kolleclərə qəbul olanların qeydiyyatı başa çatıb

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, abituriyentlərin qeydiyyatı saat 17:00-də bitib.


Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.


Qeyd edək ki, tam (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı 23-29 avqust tarixlərini əhatə edib.

Xəbər lenti