Xəzər Xəbər

Dövlət qurumlarının maşınları "su qiyməti"nə satışa çıxarılır - SİYAHI

Cəmiyyət | 15:22 • 27 Avqust 2019
Dövlət qurumlarının maşınları

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

XəzərXəbər xəbər verir ki, satışa ümumilikdə 14 avtomobil çıxarılacaq.

Azərbaycan Milli Məclisinin İşlər İdarəsinin balansında olan"Nissan Maxima"markalı ikinəqliyyatvasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olannəqliyyat vasitələri ("Chevrolet Niva") 5400 və 7200 manata satışda olacaq.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olannəqliyyatvasitəsi ("UAZ-31512") 1000 manatatəklif olunacaq.

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olannəqliyyatvasitələri50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxude-emdk.gov.azelektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üçbank günü qalanadək qəbul olunacaq.

Xəbər lenti